HƏKİMLƏRİN İŞLƏMƏ QAYDASI VƏ
XİDMƏT HAQLARININ ÖDƏNİLMƏSİ QAYDALARI

1 Ümumi müddəalar

Bu sənəd YOD-Medical Portal (YOD-MP) vasitəsilə fəaliyyət göstərən həkimlərin iş prosesi, xəstə müraciətlərinin idarə olunması və xidmət haqlarının ödənilməsi qaydalarını müəyyən edir.

2 Həkimlərin işləmə prosesi

  • 2.1. Xəstədən və ya işçidən xəstə müraciəti qəbul edilir.
  • 2.2. Müraciət barədə məlumat Yod-doktor.com platformasında yoxlanılır.
  • 2.3. Əgər xəstəlik və ya şikayət həkim tərəfindən müstəqil şəkildə həll edilə bilirsə, müraciət birbaşa qəbul olunur. Zərurət yarandıqda əlavə diaqnostika və ya məlumat tələb edilə bilər.
  • 2.4. Diaqnostika tələb olunduğu halda, xəstəyə müvafiq qəbul qiyməti bildirilir. Xəstə qiymətlə razılaşdıqdan sonra ödəniş həyata keçirilir və proses davam etdirilir.
  • 2.5. Diaqnostik prosedurlar tamamlandıqdan sonra məsləhət və terapiya tərtib olunur.
  • 2.6. Məsləhət və terapiya sənədləri Almaniyadakı Brief formatına bənzər, lakin daha qısa şəkildə (standart formda) hazırlanacaq.
  • 2.7. Əgər xəstəliyin terapiyası üçün digər şöbə və ya klinikaya yönləndirmə tələb olunarsa, xəstəyə bu barədə məlumat verilir və razılıq alındıqdan sonra qiymət və gözləmə müddəti dəyişdirilə bilər.
  • 2.8. Zərurət yarandıqda sənədlər tərcüməyə göndərilir.

3 Həkimlərin məsuliyyəti və işləmə prinsipləri

  • 3.1. YOD-MP yalnız həkimlərlə xəstələr arasında əlaqənin qurulmasını təmin edir. Həkimlərin müalicə dəqiqliyi və xəstələrlə münasibətləri YOD-MP tərəfindən nəzarətə götürülmür və müdaxilə edilmir.
  • 3.2. Xəstələrdən şikayət daxil olduğu halda, həkimin xidmət keyfiyyəti YOD-MP tərəfindən yoxlanılır.
  • 3.3. Həkimlər YOD-MP işçisi sayılmır; onlar müstəqil xidmət təminatçıları kimi fəaliyyət göstərirlər. Həkim istədiyi vaxt işləyə və ya fəaliyyətini dayandıra bilər.
  • 3.4. Xəstə ilə bağlı verilən bütün məsləhət və terapiya tam şəkildə həkimin öz məsuliyyətindədir. YOD-MP həkimin verdiyi müalicə və məsləhətlərin nəticələrinə görə məsuliyyət daşımır.
  • 3.5. Xidmət qiymətləri müəyyən edilmiş çərçivə daxilində həkim tərəfindən dəyişdirilə bilər.

4 Həkimlərin xidmət haqlarının qiymətləndirilməsi və ödənilməsi

  • 4.1. Qiymətləndirmə müraciətin növündən asılı olaraq aşağıdakı komponentlərdən ibarətdir:
    • Həkimin xidmət haqqı;
    • Şöbəyə yönləndirmə halında şöbə xidmət haqqı;
    • Başqa xəstəxanaya yönləndirmə halında xidmət haqqına əlavə xərclər (məsələn, tərcümə, poçt və s.) daxil edilir.
  • 4.2. Həkim göstərdiyi xidmətə görə xidmət haqqı alır. Bu məbləğ birbaşa terapiya yazıldığı hallardakı məbləğdən yüksək olmamalıdır.
  • 4.3. Müraciətin növünə görə qiymət fərqlənə bilər:
    • Həkim tərəfindən birbaşa həll edilən hallarda — fərqli qiymət;
    • Həkimin işlədiyi şöbəyə yönləndirmə halında — fərqli qiymət;
    • Başqa xəstəxanaya yönləndirmə halında — fərqli qiymət.
  • 4.4. Xəstələr bütün ödənişləri yod-mp.com platforması vasitəsilə həyata keçirirlər.
  • 4.5. Həkimlərə ödənişlər YOD-MP vasitəsilə həyata keçirilir.
  • 4.6. Həkimin istəyinə əsasən, xidmət haqqı ilkin mərhələdə əsasən Azərbaycandakı hesaba, növbəti mərhələlərdə isə birbaşa Almaniyada yerləşən hesaba köçürülə bilər.
  • 4.7. YOD-MP, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə vergi öhdəliklərini yerinə yetirir.
  • 4.8. Azərbaycandakı vergi qanunvericiliyinə uyğun olaraq vergi ödənişlərinin aparılmasına YOD-MP tərəfindən köməklik göstəriləcək. Almaniyada vergi ödənişlərinin təşkili hələlik həkimin şəxsi məsuliyyəti kimi saxlanılır.
  • 4.9. YOD-MP Azərbaycanda ilkin mərhələdə startap kimi qeydiyyatdan keçəcək və bu statusa uyğun vergi öhdəliklərini yerinə yetirəcək.

5 Yekun müddəalar

  • 5.1. Bu sənəddə göstərilən qaydalar YOD-MP platformasında fəaliyyət göstərən bütün həkimlər üçün məcburidir.
  • 5.2. Qaydalar zərurət yarandıqda YOD-MP rəhbərliyi tərəfindən yenilənə və dəyişdirilə bilər.